Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 25 iyun-01 iyul tarixlərində Avstriya Respublikasında Beynəlxalq Anti-Korrupsiya Akademiyasında (İACA) “Təcrübə elmlə qovuşur” mövzusunda növbəti Yay Akademiyası (IACSA) keçirilmişdir.
Bu məqsədlə sözügedən yay məktəbində müxtəlif ölkələrdən olan 50-dən artıq hüquq-mühafizə orqanları və özəl sektordan olan nümayəndələr ilə yanaşı, ölkəmizdən Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru Tərlan Kərimov və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Nicat Nağıyev iştirak etmişdir.
Tədbirdə bir sıra mötəbər elm və araşdırma mərkəzlərinin elm xadimləri, habelə beynəlxalq təşkilatların və şirkətlərin rəhbər şəxsləri, ekspertləri tərəfindən transmilli cinayətkarlığın ən təhlükəli növü hesab edilən korrupsiyanın yaranma səbəbləri, onun qarşısının alınmasında innovativ mübarizə üsulları, qabaqlayıcı tədbirlər, cinayət yolu ilə əldə edilmiş əmlakların bərpası ilə bağlı qarşılıqlı beynəlxalq əməkdaşlığın rolu və digər mövzularda təlimlər keçirilmişdir.
Sonda iştirakçılara IACSA-nı müvəffəqiyyətlə bitirmələrinə dair sertifikatlar təqdim olunmuşdur.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı