Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Təqsirsizlik prezumpsiyası (Fakt və hüquq prezumpsiyaları)

08.07.2022

 Hər hansı şəxsin cinayət işində təqsirsizlik prezumpsiyası və ittiham tərəfindən ona qarşı irəli sürülmüş ittihamları sübut etmə yükünü daşımasını tələb etmək hüququ mütləq deyil, belə ki, fakt və hüquq prezumpsiyası hər bir cinayət hüququ sistemində keçərlidir və prinsip etibarilə Konvensiya tərəfindən qadağan olunmur (Falk Niderlanda qarşı (qər.) avtomobilin qeydiyyatda olan sahibi üzərinə, yol hərəkəti qaydasının pozulması zamanı faktiki olaraq avtomobili idarə etməsə də, cərimənin təyin edilməsi). Xüsusən İştirakçı Dövlətlər müəyyən şərtlər daxilində cinayətkar niyyət və ya ehtiyatsızlıqdan irəli gəlməsindən asılı olmayaraq adi və ya obyektiv fakta görə cəza təyin edə bilərlər (Salabiaku Fransaya qarşı, § 27, narkotik maddələrin saxlanması ilə bağlı qaçaqmalçılığa görə cinayət məsuliyyəti prezumpsiyası ilə əlaqədar; Yanoseviç İsveçə qarşı, § 100, obyektiv əsaslarla əlavə vergilərin təyin edilməsi və məhkəmə qərarından əvvəl icrası ilə əlaqədar). Lakin 6-cı Maddənin 2-ci bəndi Dövlətlərdən bu prezumpsiyaları baxılan işin əhəmiyyətini və müdafiə tərəfinin hüquqlarının qorunub saxlanmasını nəzərə alaraq, ağlabatan həddə tətbiq etməyi tələb edir (Salabiaku Fransaya qarşı, § 28; Radio France və başqaları Fransaya qarşı, § 24, radio proqramlarında şərəf və ləyaqəti alçaldan bəyanatların səsləndirilməsinə görə nəşriyyat direktorunun cinayət məsuliyyəti daşıması ilə əlaqədar; Kluvi Fransaya qarşı, § 41, yetərli sübutun olmaması nəticəsində bəraət alan şəxsin ittiham olunmasının saxta olması haqqında qanunla müəyyən olunmuş prezumpsiya səbəbindən qərəzli məhkəmə təqibi ittihamından müdafiənin mümkün olmaması).
Cinayət hüququnda prezumspiyaların tətbiqi zamanı İştirakçı Dövlətlərdən baxılan işin əhəmiyyəti ilə müdafiə hüququ arasında balansa nail olmaq tələb olunur; başqa sözlə, istifadə olunan vasitələr nail olunmağa çalışılan legitim məqsədə ağlabatan mütənasiblikdə olmalıdır (Yanoseviç İsveçə qarşı, § 101; Falk Niderlanda qarşı ).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.