Şriftin ölçüsü :
Saytın rəngi :
29.03.2022-ci il tarixdə Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində 1972-ci il təvəllüdlü Fəxrəddin Əsədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
İstintaqla zərərçəkmişin tanışı, 1966-cı il təvəllüdlü Ravil Baybəyovun birgə yaşadıqları mənzildə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə Fəxrəddin Əsədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
İş üzrə toplanmış sübutlar əsasında Ravil Baybəyova Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı