Şriftin ölçüsü :

Saytın rəngi :

Qanunsuz qum-çınqıl hasilatı ilə məşğul olmaqda təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilmişdir

05.07.2022

Zəkəriyəyev Nəriman Şirin oğlu tərəfindən Mingəçevir şəhəri ərazisində qanunsuz qum-çınqıl hasilatı işlərinin aparılması faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Aparılmış istintaqla müəyyən edilmişdir ki, Nəriman Zəkəriyəyev Mingəçevir şəhərində Kür çayı axmazında yerləşən qum-çınqıl yatağında  öz qulluq mövqeyindən istifadə etməklə 2018-ci ilin may ayından 2022-ci ilin yanvar ayınadək olan müddət ərzində dövlət mülkiyyətində olan 9.400 m2 torpaq sahəsini  qazanc əldə etmək məqsədilə özbaşına istismar edərək dövlətə və təbiətə  202 min manat məbləğində maddi ziyan vurmuşdur.
Toplanmış sübutlar əsasında Nəriman Zəkəriyəyevə Cinayət Məcəlləsinin  188.4.2 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 247 (İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması) qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ittiham elan edilərək cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.