Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Ətraf mühit məsələləri (1)

04.07.2022

Sağlam ətraf mühitdə yaşamaq hüququ Avropa Konvensiyasında birbaşa nəzərdə tutulmasa da (Hatton və başqaları Birləşmiş Krallığa qarşı [BP], § 96), Avropa Məhkəməsi şəxsi əhatə edən ətraf mühitlə əlaqədar olan müxtəlif işlər üzrə qərarlar qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, təhlükəli və ya zərərli ətraf mühit şəxsin sağlamlığına mənfi təsir göstərə bilər. İstər ətraf mühitin çirkləndirilməsi birbaşa dövlət tərəfindən törədildikdə, istərsə də özəl sektorun fəaliyyətinin lazımi qaydada tənzimlənməməsi nəticəsində dövlətin məsuliyyəti yarandıqda Avropa Konvensiyasının 8-ci maddəsində tətbiq edilə bilər. Fərdin maraqları və həmin maraqlarla ziddiyyətə girən bütün cəmiyyətin maraqları arasında ədalətli balansın gözlənilməsinə diqqət yetirilməlidir və hər iki kontekstdə Konvensiyaya riayət edilməsini təmin etməyə yönələn tədbirlərin müəyyənləşdirilməsində dövlət müəyyən qiymətləndirmə sərbəstliyinə malikdir (Pauell və Reyner Birləşmiş Krallığa qarşı; Lopez Ostra İspaniyaya qarşı, § 51; Сakomelli İtaliyaya qarşı, § 78).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.