Şriftin ölçüsü :

Saytın rəngi :

Bir neçə rayon ərazisində ağacların qanunsuz kəsilməsi faltları ilə cinayət işləri başlanıb

04.07.2022

Azərbaycan Respublikası Baş Prokurorluğuna daxil olmuş vətəndaşların ərizələri, kütləvi informasiya vasitələri və səlahiyyətli dövlət qurumlarının məlumatları əsasında Cinayət təqibindən kənar icraatlar idarəsində İmişli, Zaqatala və Yardımlı rayonlarının ərazilərində qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılmışdır.

Aparılmış araşdırmalarla İmişli rayonunun Qaragüvəndikli və Bəcirəvan, Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndlərində və Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı rayonu ərazisində yerləşən 1 və 3 saylı meşəbəyliyində ağacların qanunsuz kəsilməsi nəticəsində ümumilikdə təbiətə 40 min manat məbləğində maddi ziyanın dəyməsi müəyyən edilmişdir.

Fakta görə Cinayət Məcəlləsinin 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün aidiyyəti üzrə prokurorluq və daxili işlər orqanlarına göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.