Şriftin ölçüsü :
Saytın rəngi :
Prokurorluq orqanlarını ixtisaslı kadrlarla təmin etmək, işçilərin nəzəri biliyini və peşə hazırlığını artırmaq məqsədilə yerli və xarici dövlətlərin, habelə beynəlxalq təşkilatların təhsil sistemindən istifadə olunur. Bu məqsədlə yüksək potensiallı təhsil imkanı olan tədris tədbirlərində prokurorluq əməkdaşlarının iştirakı artıq ənənə halına çevrilib.
Cari ilin 28 – 30 iyun tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə “İrsin idarə edilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində Bakı şəhərində təşkil edilmiş “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı ingilis dilli təlimdə Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin Strateji planlaşdırma və risklərin müəyyən edilməsi şöbəsinin böyük prokuroru Nigar Əskərova və Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Heydər Yusifov iştirak ediblər.
Təlim çərçivəsində ilk öncə Esseks Universitetinin hüquq üzrə fəlsəfə doktoru xanım Dr. Marina Lostal müvafiq konvensiyanın müddəalarını beynəlxalq məhkəmə təcrübəsi üzərindən şərh edrək, mədəni mülkiyyət obyektlərinin hərbi hədəf kimi zərər görməsinə dair nümunələr barədə danışıb. Həmçinin, təlimçi çıxışında münaqişə zamanı gücləndirilmiş mühafizə rejimi, təcrübədə tətbiq edilən təhlükəsizlik tədbirləri və ölkələr arasında qarşılıqlı qorunma razılaşmaları kimi məsələr barədə ətraflı məlumat verib.
Daha sonra mədəni sərvətlərlə bağlı cinayət aktları, milli cinayət qanunvericiliyində tələb olunan uyğunlaşma məsələləri, beynəlxalq səviyyədə müharibə cinayətləri kontekstində mədəni mülkiyyətin dağıdılması, hərbi komandirlərin məsuliyyəti, insanlıq əleyhinə cinayət təqibi, genosid, Beynəlxalq cinayət məhkəməsinin yurisdiksiyası və sair məsələlər barədə çıxışlar edilib.
Təlimdə dinləyici qismində Baş Prokurorluğun əməkdaşları ilə yanaşı, bir sıra dövlət qurumlarının, ali təhsil müəssisələrinin və digər təşkilatların nümayəndələri də iştirak ediblər.
Tədbirin sonunda təlim iştirakçıları sertifikatlarla təltif ediliblər.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı