Şriftin ölçüsü :

Saytın rəngi :

Baş Prokurorluğun nümayəndələri beynəlxalq tədbirdə iştirak edib

01.07.2022

Hüquq-Mühafizə Orqanlarının İşçiləri üçün Avropa İttifaqının Təlimlər Agentliyinin (CEPOL) tərəfindən “TOPCOP” layihəsi çərçivəsində cari ilin 27 iyun – 01 iyul tarixlərində Rumıniyanın Buxarest şəhərində “Narkotik vasitələrin qaçaqmalçılığı – sintetik narkotik vasitələr” mövzusunda təlim həyata keçirilmişdir.  Azərbaycan Respublikası Baş Prokurorluğunu sözügedən təlimdə Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini  Əmir Ocaqverdiyev, Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəis müavini İsmayıl Qayıbov,  Dövlət təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru İlkin Abdullayev və Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Rəfael Süleymanovdan ibarət nümayəndə heyəti təmsil etmişlər.  Təlimin əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olmuşdur. Təlimdə müxtəlif ölkələrin gündəmdə olan məsələlərə dair təqdimatları və çıxışları dinlənilmiş, faydalı fikir və təcrübə mübadiləsi aparılmışdır. Təlimdə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini  Əmir Ocaqverdiyev təqdimatla çıxış edərək ölkəmizdə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizənin ümumdövlət vəzifəsi kimi müəyyən edildiyini vurğulamış, bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də ardıcıl və məqsədyönlü addımların atıldığını, bunun üçün ölkədə lazım olan normativ-hüquqi baza, müvafiq təsisatların yaradıldığını və milli proqramların hazırlandığını iştirakçıların diqqətinə çatdırmışdır. Təlimin sonunda xatirə fotoşəkili çəkilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.