Şriftin ölçüsü :

Saytın rəngi :

Qonşusunu öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

29.06.2022

08 mart 2022-ci il tarixdə Mingəçevir şəhər sakini Elnar Rəcəbova bıçaqla xəsarətlər yetirilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanmışdır.
Aparılmış istintaqla zərərçəkmişin qonşusu Şirxan Hacıələkbərovun heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə bıçaqla Elnar Rəcəbova xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Şirxan Hacıələkbərova Cinayət Məcəlləsinin 29, 120.2.2 (xuliqanlıq niyyətilə qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.