Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokuror Zaqatala rayonunda vətəndaşları qəbul etmişdir

28.06.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına  uyğun olaraq prokurorluq orqanları tərəfindən vətəndaşların qəbulu daim diqqətdə saxlanılaraq, onların ərizə və şikayətlərinin yerində dinlənilərək  həll olunması üçün müvafiq tədbirlər görülür.
İyunun 28-də Baş prokuror Kamran Əliyev Zaqatala rayon prokurorluğunun inzibati binasında Zaqatala, Qax və Balakən rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.
Qəbulda iştirak edən 37 vətəndaşın müraciətində qaldırılan məsələlərin qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Kamran Əliyev Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər vermişdir.
Bundan əlavə, Kamran Əliyev Şəki, Qəbələ və Gədəbəy rayonlarının hər birindən bir nəfər olmaqla vətəndaşları qəbul edərək müraciətləri üzrə konkret tapşırıqlar vermişdir.
Qəbuldan sonra Baş prokuror Qax və Balakən rayon, eləcə də Zaqatala hərbi  prokurorluqlarına getmiş, əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.