Şriftin ölçüsü :

Saytın rəngi :

Bacısını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

28.06.2022

Xəbər verildiyi kimi, 14 mart 2021-ci il tarixdə Şirvan şəhər sakini, 1952-ci il təvəllüdlü  Bəhruzə Rəsulovanın qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Şirvan şəhər prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Aparılmış istintaqla, zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Alim Rəsulovun yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında baş vermiş mübahisə zamanı Bəhruzə Rəsulovanı əlləri ilə boğaraq  qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Alim Rəsulov Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddələsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.