Şriftin ölçüsü :

Saytın rəngi :

Fəhlənin iş yerində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb

28.06.2022

İyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.