Şriftin ölçüsü :
Saytın rəngi :
İyunun 23-ü saat 17 radələrində Gəncə şəhər sakini 1997-ci il təvəllüdlü Aynurə Bayramovanın aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Rauf Vəliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aynurə Bayramovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməsi və sonuncunun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Rauf Vəliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı