Şriftin ölçüsü :

Saytın rəngi :

Hərbi qulluqçunun hərbi hissəni özbaşına tərk etməsi faktına görə cinayət işi başlanılıb

22.06.2022

Hərbi Prokurorluqun Istintaq idarasində istintaq edilən cinayət işi üzrə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məlikov Əziz Soltanpaşa oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333.2-ci (Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusunun və ya hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisəsinin kursantının hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsi və ya üzrlü səbəblər olmadan hərbi hissəyə  və ya xidmət yerinə vaxtında gəlməməsi on gündən artıq, lakin bir aydan çox olmayaraq törədildikdə), 335.2-ci (Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər yetirməklə, özünü xəstəliyə vurmaqla, sənədləri saxtalaşdırmaqla və ya sair aldatma yolu ilə hərbi xidmət vəzifələrinin icrasından tamamilə boyun qaçırması) və digər maddələrində nəzərdə tutulan əməlləri törətməsinə əsaslı şübhələrin olduğu müəyyən edildiyindən, Ə.S.Məlikova Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham elan olunmuş və Hərbi Prokurorluğun təqdimatına əsasən Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində 4  ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin  tələblərinə uyğun olaraq bütün tədbirlərin  görülməsi təmin ediləcəkdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.