Şriftin ölçüsü :
Saytın rəngi :
Cari ilin 13-15 iyun tarixlərində Litva Respublikasının Vilnüs şəhərində Avropa Komissiyasının dəstəyi ilə Litvanın Xüsusi İstintaq Xidməti (STT) tərəfindən “Avropa İttifaqının maliyyə maraqlarına təsir edən korrupsiyanın aşkarlanması və qarşısının alınması üçün Geniş Məlumat Bazasının təhlili” mövzusunda təlimlər keçirilmişdir.
Sözügedən tədbirdə 18 müxtəlif ölkənin hüquq-mühafizə orqanlarının nümayəndələri ilə yanaşı, ölkəmizi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin böyük prokuroru Anar Tağıyev və Təşkilati və informasiya təminatı idarəsinin prokuroru Nicat Nağıyev təmsil etmişlər.
Təlimlərdə dünyanın müxtəlif ölkələrində korrupsiyaya qarşı mübarizə aparan qurumların nümayəndələri arasında cinayətkarlar tərəfindən geniş istifadə edilən trans-sərhəd xarakterli, mürəkkəb korrupsiya və dələduzluq sxemlərinin aşkar edilməsi üsulları, “Geniş Məlumat Bazası”nın (Big Data) növləri, struktur quruluşu, o cümlədən həmin bazaların idarə edilməsi və təhlükəsizliyi ilə bağlı yaranan problemlərə dair təqdimatlar keçirilmişdir.
Bundan əlavə, korrupsiya cinayətlərinə qarşı səmərəli mübarizə aparmaq üçün qabaqcıl təcrübələr nəzərə alınmaqla elektron databazanın yaradılması ilə bağlı fikir mübadiləsi aparılmış və Avropa Birliyinin “opentender.eu” veb-saytı və digər bu kimi reyestrlərdən istifadə edilməklə açıq mənbəli dövlət satınalma analitikasının əyani nümayişi həyata keçirilmişdir.
Yekunda tədris edilən mövzu ətrafında verilmiş praktiki tapşırıqlar yerinə yetirilmiş, tədbir iştirakçılarına müvafiq sertifikatlar təqdim edilmişdir.




Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı