Şriftin ölçüsü :

Saytın rəngi :

Vəzifəli şəxslərin rüşvət alması faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

22.06.2022

“Azərişıq” ASC-nin Mingəçevir Mərkəzi “Aran” Regional Enerji Təchizatı və Satışı İdarəsinin sabiq əməkdaşları Rəsul Abuşov və Rəfael Rəhimovun vətəndaşdan pul tələb edib almaları faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı yekunlaşdırılmışdır. 
Belə ki, aparılmış istintaqla Rəsul Abuşov və Rəfael Rəhimov tərəfindən tamah məqsədilə öz qulluq səlahiyyətlərindən istifadə etməklə Yevlax rayon sakininin fərdi yaşayış evinə baxış keçirilərkən sayğacdankənar işıq xəttinə qoşulma müəyyən edilsə də,  bununla bağlı akt tərtib edilməməsi müqabilində vətəndaşdan rüşvət almalarına  əsaslı şübhələr müəyyən edilmişdir.
R.Abuşov və R. Rəhimova Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və  311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma) maddələri ilə ittiham elan edilmişdir. 
Hazırda cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.