Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq hüquqi əməkdaşlıq uğurla davam etdirilir

21.06.2022

 16-18 iyun tarixlərində Fələstin Dövlətinin inzibati paytaxtı Ramallah şəhərində İtaliya İnkişaf və Əməkdaşlıq Agentliyi tərəfindən “Ədalət mühakiməsinə çıxış və səmərəli prokurorluq xidmətləri” mövzusuna həsr olunmuş beynəlxalq konfrans keçirilmişdir.
25 ölkə təmsilçisinin iştirak etdiyi tədbirdə Azərbaycan Respublikasınının Baş Prokurorluğunu Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı və Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru Ziya Hacıyevdən ibarət nümayəndə heyəti təmsil etmişdir.
Konfransda, o cümlədən Beynəlxalq Prokurorlar Assosiasiyasının baş katibi Han Moral, Avropa Birliyinin nümayəndəsi Sven Kuhen Von Burqsdorf və digər mötəbər qonaqlar iştirak edərək, qanunun aliliyi prinsipinin tətbiqi, azadlıqdan məhrum etmə ilə bağlı olmayan alternativ cəzaların effektivliyi, yetkinlik yaşına çatmayanlara dair cinayət işlərinin xüsusiyyətləri və digər mövzularda geniş çıxışlar etmişlər.
Tədbir çərçivəsində Baş Prokurorluğun nümayəndə heyətini qəbul edən Fələstin Dövlətinin Baş prokuroru cənab Akram Hasan Al-Hateb konfransın qarşılıqlı münasibətlərin inkişafında vacib rol oynadığını qeyd edərək, cinayətkarlığa qarşı mübarizədə əməkdaşlığın dərinləşdirilməsinin və birgə səylər göstərilməsinin əhəmiyyətini vurğulayıb.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.