Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Dəfnlə əlaqədar məsələlər (2)

14.06.2022

Avropa Məhkəməsinin təcrübəsində ailə üzvlərinin ölüm və dəfn arasındakı müddətin uzunluğundan və mərhumun cəsədi ailəsinə qaytarılana qədər aparılmış cəsədin müayinəsi prosedurlarından şikayət etdiyi hallar da olmuşdur. Məsələn, Avropa Məhkəməsi bu qənaətə gəlmişdir ki, ərizəçilərin qızının cəsədindən polis tərəfindən götürülmüş nümunələrin onlara gec qaytarılması səbəbindən onun dəfninin yubanması Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatının pozuntusunu təşkil edib (Jirar Fransaya qarşı). 
Məhkəmə həmçinin müəyyən edib ki, xəstəxananın ölmüş şəxsin anasına məlumat vermədən və onun razılığını almadan mərhumun orqanlarını çıxarması qanuna uyğun olaraq həyata keçirilməyib və ananın Avropa Konvensiyasının 8-ci maddədə nəzərdə tutulmuş şəxsi həyatına hörmət hüququnu pozmuş olub (Petrova Latviyaya qarşı, §§ 97-98). Daxili qanunvericilikdə aydın normaların və sui-istifadə hallarına qarşı hüquqi təminatların olmaması səbəbindən arvadının xəbəri və razılığı olmadan mərhumun bədən toxumasının götürüldüyü işdə Avropa Məhkəməsi özünün presedent hüququna uyğun olaraq Avropa Konvensiyasının 8-ci maddəsinin pozulduğunu müəyyən edib (Elberte Latviyaya qarşı, §§ 115). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.