Şriftin ölçüsü :
Saytın rəngi :
Ölkəmiz sülh və təhlükəsizliyə dair tematik məsələlərin təşviq edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının aidiyyəti qurumları, o cümlədən terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisi (UNODC) ilə səmərəli əməkdaşlıq edir.
01-02 iyun tarixlərində Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində BMT-nin Narkotiklər və Cinayətkarlıq Ofisinin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin (CASC) növbəti plenar görüşü baş tutmuşdur. CASC şəbəkəsinin plenar iclasları ona üzv olan dövlətlərin səlahiyyətli orqanları arasında qarşılıqlı əlaqə kanallarının yaradılması üçün mühüm vasitə olmaqla Mərkəzi Asiya və Cənubi Qafqazda regional cinayətkarlıqla mübarizə çərçivəsində qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələlərinin həllinə yönəlmişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunu sözügedən plenar iclasda Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı təmsil edərək, kibercinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığa dair müvafiq sessiyada çıxış etmişdir.
Plenar görüşün əsas məqsədi cinayətkarlığın bütün təzahürlərinə qarşı mübarizə sahəsində beynəlxalq əlaqələrin genişlənməsi olmuşdur. Görüşdə mütəşəkkil cinayətkarlıq, o cümlədən insan alveri, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq və əmlakın bərpası məsələlərində təcrübə mübadiləsi aparılmış, həmçinin Mərkəzi Asiya və Cənubi Qafqaz Şəbəkəsinin 2023-cü il üçün iş planı müzakirə olunmuşdur.


Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı