Şriftin ölçüsü :

Saytın rəngi :

Arvadını qəsdən öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulmuşdur

04.06.2022

İyunun 4-ü saat 00:00-da Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanın paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən “Citadel” oteldə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Tərlan Abdullayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Rüqayyə Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Tərlan Abdullayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.