Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Dəfnlə əlaqədar məsələlər (1)

03.06.2022

Avropa Məhkəməsi qərara alıb ki, Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatının qorunması ailənin üzvlərini dəfn etmək hüququnu da əhatə edir. Bir çox müxtəlif situasiyalarda fərdlər ailə üzvlərinin cəsədlərinin qalıqlarını görməyə buraxılmalarına dövlətin icazə verməməsi ilə əlaqədar olaraq şikayət etmişlər.
Adri-Vionne İsveçrəyə qarşı məhkəmə işində Məhkəmə müəyyən etmişdir ki, ölü doğulmuş oğlunun dəfninin yeri və vaxtı barədə bələdiyyənin ananı məlumatlandırmamasına qanunla icazə verilmir və bu məlumatsızlıq onun Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatına hörmət hüququnu pozmuşdur (Pannullo və Forte Fransaya qarşı). Analoji olaraq, Zoritsa Yovanoviç Serbiyaya qarşı məhkəmə işində Avropa Məhkəməsi qərara almışdır ki, xəstəxananın ərizəçiyə körpə oğlunun ölümü ilə bağlı məlumat verməməsi və sonradan onun cəsədinin yoxa çıxması, hətta baxmayaraq ki, uşağın ölümü 1983-cü ildə baş vermişdi, Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusunu təşkil etmiş, çünki dövlətin ərizəçiyə nə baş verdiyi barədə məlumat verməməsi davam etmişdir. 
Avropa Məhkəməsi həmçinin qərara almışdır ki, ölü doğulmuş uşağın anasının ərinin uşağın atası olduğuna dair hüquqi ehtimal səbəbindən uşağın bioloji atasının sənəddə ata kimi göstərilməsinə Rusiyanın icazə verməməsi ilə əlaqədar olaraq ananın uşağını dəfn edərkən onun atasının adı kimi həqiqi atasının adını göstərə bilməməsi ananın Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş hüquqlarını pozmuşdur (Znamenskaya Rusiyaya qarşı).

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.