Şriftin ölçüsü :
Saytın rəngi :
02.06.2022-ci il tarixdə Avropa Şurasının Bakı Ofisi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə prokurorluq orqanlarının əməkdaşları və vəkillər üçün “Azərbaycan mediasında gender bərabərliyi və digər etik standartların təşviqi” layihəsi çərçivəsində “İnformasiyaya və rəsmi sənədlərə çıxış” mövzusunda keçirilmiş təlimdə Baş Prokurorluğun əməkdaşları iştirak etmişlər.
Təlim Bakı şəhərində yerləşən “JW Marriott Absheron” mehmanxanasında əyani formatda sinxron tərcümə təmin olunmaqla Azərbaycan və İngilis dillərində keçirilmişdir. Tədbir iki hissədən ibarət olmaqla, hər bir mövzunun ardınca sual-cavab sessiyaları, eləcə də təlim iştirakçılarını ssenarilərə və praktiki işlərin araşdırılmasına cəlb etməklə keçirilmişdir.
Avropa Şurasının Bakı şəhərindəki ofisinin rəhbəri səfir Zoltan Hernyes və Azərbaycan Respublikası Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov tədbirin açılışını edərək, təlimçi Nevena Ruziç “İnformasiyaya çıxış-beynəlxalq resurslar”, “İnformasiyaya çıxış-insan hüququ olaraq” və “İnformasiyaya çıxış və fərdi məlumatlar arasında balansın müəyyən edilməsi” mövzular üzrə mühazirələrlə çıxış etmişlər. Təlim çərçivəsində təqdim edilmiş kazuslara əsasən iştirakçılar problemlərin həlli yollarını müəyyən etməklə öz fikirlərini səsləndirərək təlimdə aktiv iştirak etdtmişlər. Təlim zamanı əldə edilmiş biliklərdən prokurorluq orqanlarında peşə hazırlığının keyfiyyətinin artırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı istifadə edilməsi qərara alınmışdır.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı