Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ildə prokurorluq orqanlarına qulluğa qəbul olunmuş və stajorluq keçən işçilər üçün təşkil edilmiş hazırlıq kursu uğurla başa çatdırıldı

01.06.2022

Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyevin müvafiq sərəncamına əsasən prokurorluq orqanlarına 2022-ci ildə qulluğa qəbul olunmuş və stajorluq keçən 75 işçi üçün hazırlıq kursu üzrə tədris tədbirləri qarışıq formada, o cümlədən cari ilin may ayının 11 – 25 və 31 iş yerindən ayrılmadan internet üzərindən onlayn rejimində, may ayının 26 və 27-si isə əyani formada Baş Prokurorluğun Elm-Tədris Mərkəzində keçirildi.
Kursa təlimçi qismində prokurorluğun təcrübəli işçiləri ilə yanaşı, Azərbaycan Respublikası Milli Məclisinin və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın məsul nümayəndələri, səhiyyə və ədliyyə orqanlarının ekspertiza mərkəzlərinin peşəkar əməkdaşları cəlb olunaraq, bu tədbirin ərsəyə gəlməsində müxtəlif statusda 130 nəfərdən artıq şəxs iştirak etdi.
Hazırlıq kursunun tədris proqramında praktiki əhəmiyyət kəsb edən, öyrənilməsi dövlət proqramlarında nəzərdə tutulan, eləcə də praktiki fəaliyyətdə əhəmiyyətli, habelə mürəkkəb xarakter daşıyan mövzulara üstünlük verilmişdir. Dinləyicilərdə peşə vərdişlərinin formalaşmasına töhfə verəcək bu mövzular üzrə məşğələlər müasir informasiya-kommunikasiya texnologiyalardan, eləcə də təhlil-tədqiqat materiallarından geniş istifadə etməklə tədris edildi. 
Həmçinin kurs dövründə dinləyicilər Ədliyyə Nazirliyinin Bakı İstintaq Təcridxanasının fəaliyyəti yaxından tanış oldular, Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsi tərəfindən hazırlanmış səhnələşdirilmiş hadisə yerinə baxışın və dronla çəkilişinin aparılmasında iştirak etdilər, habelə təcrübə mübadiləsi məqsədilə Bakı şəhərinin rayon prokurorluqlarında real şəraitdə keçirilən prosessual hərəkətləri müşahidə etdilər.
Mədəni tədbirlər çərçivəsində gənc prokurorluq işçiləri milli-mənəvi dəyərlərimizi, tariximizi, bugünkü Azərbaycanın dinamik inkişafını, keçmişdən gələcəyə bağlılığını təcəssüm etdirən Heydər Əliyev Mərkəzi ilə tanış oldular.
Mövcud olan əməkdaşlıq haqqında anlaşma memorandumlara əsasən təcrübə mübadiləsi məqsədilə bu tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyanın Hüquq kafedrasının müəllim heyətinin üzvləri, eləcə də Dövlət Gömrük Komitəsi Akademiyasının magistratura səviyyəsində təhsil alan şəxslər müşahidəçi qismində iştirak etdilər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.