Şriftin ölçüsü :
Saytın rəngi :
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi hüquqi dövlət quruculuğu və strateji inkişaf konsepsiyasına uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən inamla həyata keçirilən ardıcıl və sistemli islahatlar prokurorluq orqanlarının fəaliyyətində səmərəliliyin artırılması, maddi-texniki təminatın yaxşılaşdırılması, əməkdaşların və veteranların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması üçün atılan məqsədyönlü addımların davamı olaraq Mingəçevir şəhər prokurorluğunun əməkdaşları prokurorluğun veteranı Tağıyev Arzuman Tağı oğlunun və İsmayıllı rayon prokurorluğunun əməkdaşları Seyidov Şükür Qafar oğlunun 80 illik, eləcə də Oğuz rayon prokurorluğunun əməkdaşları Rəhimov Ağarəhim Hacıbala oğlunun 65 illik yubileyləri münasibətilə onları ziyarət edib hədiyyələr təqdim edərək, Baş prokurorunun və Baş Prokurorluğun kollektivinin təbriklərini, xoş arzularını çatdırmışlar.
Veteranlar prokurorluq əməkdaşları ilə xatirələrini bölüşüb səmimi söhbətlər etmişlər və sonda xatirə şəkilləri çəkdirmişlər.



Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı