Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində edilmiş dəyişikliyə əsasən xarici valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cinayət məsuliyyəti nəzərdə tutan 208.1-ci maddənin dispozisiyasından “Təşkilat rəhbərləri tərəfindən” sözləri çıxarılmaqla, həmin əmələ görə “təşkilat rəhbərləri” ilə yanaşı bütün digər şəxslərin də cinayət məsuliyyəti müəyyən olunmuşdur.
Həmin dəyişiklik Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 208-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 25 dekabr 2020-ci il tarixli Qərarına uyğun olaraq edilmişdir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı