Şriftin ölçüsü :

Saytın rəngi :

Baş prokurorun Goranboy rayonunda vətəndaşlarla görüşünün vaxtı dəyişdirilmişdir

21.05.2022

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Kamran Əliyevin Naftalan şəhər, Goranboy və Xocalı rayon sakinləri ilə mayın 25-nə nəzərdə tutulmuş qəbulunun vaxtı dəyişdirilmişdir.
Qəbul mayın 27-də saat 10:00-da Goranboy rayon prokurorluğunun inzibati binasında keçiriləcəkdir.
Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Goranboy rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir. 
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu və contact@prosecutor.gov.az elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (instagram, facebook, telegram, twitter) vasitəsilə də qəbula yazıla bilərlər.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.