Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Əlillik məsələləri (2)

21.05.2022

 Avropa Məhkəməsi işlərin birində müəyyən etmişdir ki, həmin işin halları iki kor valideynin uşaqların qayğısına yetərincə qala bilmədiyi barədə qənaət əsasında uşaqların onlardan alınmasına haqq qazandırmır və bu işdə valideynlərin Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş ailə həyatına hörmət hüququ pozulub (Savinlər Ukraynaya qarşı). Digər tərəfdən, başqa bir işdə Avropa Məhkəməsi bu qənaətə gəlmişdir ki, Fransada formalaşan və əlil uşaqlara çəkdikləri xərclərin valideynlərə kompensasiya edilməsini nəzərdə tutan dövlət sistemi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusunu təşkil etmir, baxmayaraq ki, dövlət xəstəxanasının genetik qüsurla bağlı səhv diaqnozu olmasaydı valideynlər bu cür qüsuru olan uşaqlarının doğulmasını istəməyəcəkdilər (Moris Fransaya qarşı [BP]; Draon Fransaya qarşı [BP]). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.