Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 19-u saat 10 radələrində Şamaxı rayonu Çuxuryurd kəndi ərazisində 1969-cu il təvəllüdlü Cahangir Tanrıverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, "Aztelekom" MMC-nin Dağlıq Şirvan Regional Telekommunikasiya Qovşağının Şamaxı şöbəsinin Çuxuryurd məntəqəsində elektrik təmirçisi vəzifəsində işləyən Cahangir Tanrıverdiyev qeyd edilən tarixdə telefon xəttinin çəkilişini həyata keçirən zaman telefon naqilinin yüksək gərginlikli elektrik naqilinə toxunaraq elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda araşdırma aparılır.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı