Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Baş Prokurorluğu və Təhsil Nazirliyinin MƏLUMATI

16.05.2022

 Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən 11 nömrəli İnteqrasiya təlimli internat məktəbində yaşayan, daun sindromlu 10 oktyabr 2015-ci il təvəllüdlü şagird Vəliyeva Svetlana Vüqar qızının 16 may 2022-ci il tarixdə həmin məktəbdə ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış ilkin araşdırma ilə müəyyən edilmişdir ki, Svetlana Vəliyevanın səhhətində problem yarandığından təcili tibbi yardım çağırılmış və ona tibbi yardım göstərilməsinə baxmayaraq 16 may 2022-ci il tarixdə saat 06 radələrində vəziyyəti qəflətən ağırlaşaraq ölmüşdür. Məhkəmə-tibbi ekspertin iştirakı ilə aparılan müayinə zamanı S.Vəliyevanın bədəni üzərində hər-hansı xəsarət izi və zorakılıq əlamətləri aşkar edilməmişdir. Hazırda araşdırma davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.