Şriftin ölçüsü :
Saytın rəngi :
Əlilliyi olan şəxslər üzrə Avropa Məhkəməsi qərara almışdır ki, ictimai binalara və ictimaiyyət üçün açıq olan tikililərə daxil olmaq imkanına malik olmaması onların həyatına elə təsir göstərmişdir ki, bu təsir şəxsi inkişaf hüququna və digər insanlarla və ətraf aləmlə əlaqə yaratmaq və bu əlaqələri inkişaf etdirmək hüququna müdaxilə sayıla bilər və müvafiq olaraq, dövlətlər ictimai binalara girişi təmin etmək öhdəliyini daşıyırlar. Lakin Avropa Məhkəməsi nəticə etibarı ilə konkret işdə bu qənaətə gəlmişdir ki, ərizəçi binalara giriş imkanına malik olmaması ilə şəxsi həyatının xüsusi ehtiyacları arasında konkret əlaqənin mövcud olduğunu sübuta yetirməyib (Zehnalova və Zehnal Çex Respublikasına qarşı (qərardad); Botta İtaliyaya qarşı; Molka Polşaya qarşı (qərardad)).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı