Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olub

14.05.2022

Mayın 14-də prokurorluq əməkdaşlarının Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksinə ziyarəti təşkil edilib. 
Ziyarət zamanı qonaqlar Qala kəndinin qədim tarixi ilə tanış olub.
Məlumat verilib ki, Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi dünyanın açıq səma altında yaradılmış nadir muzeylərindən biridir. 
Prokurorluq əməkdaşları qədim Qala kəndində yaşayan əhalinin həyat tərzi, kurqanlar, sərdabələr, yaşayış evləri, qədim qəsrin qalıqları və sair eksponatlarla canlı olaraq yerində tanış olub. 
Dulusçuluq, çörəkbişirmə sexlərinin orta əsrlərdəki kimi bu gün də fəaliyyət göstərdiyi Kompleks qonaqların böyük marağına səbəb olub.
Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə fotoşəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.