Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 14-də Şamaxı şəhər sakini Şəfayət Hacıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla “Şamaxı” adlı marketdə gözətçi işləyən Mülkalı Rizvanovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Şəfayət Hacıyevə gəzdirdiyi cib bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək, daha sonra isə mişar daşı parçası ilə vuraraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Mülkalı Rizvanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı