Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdam rayonu ərazisində şəxsin çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır

12.05.2022

Ağdam rayon prokurorluğunun Məlumatı     Mayın 12-si saat 16 radələrində Ağdam rayonu ərazisində 1982-ci il təvəllüdlü Rəşad Bəxtiyarovun çoxsaylı qəlpə yarası alması nəticəsində ölməsi barədə məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla kənd-təsərrüfatı fəaliyyəti ilə məşğul olan Rəşad Bəxtiyarovun rayonun Çəmənli kəndi ərazisində silah sursatın partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.