Şriftin ölçüsü :
Saytın rəngi :
Kox Almaniyaya qarşı məhkəmə işində ərizəçi şikayət etmişdir ki, daxili məhkəmələr onun arvadının ölümcül dozada natrium pentobarbital əldə etməsinə icazə verməkdən Federal İnstitutun imtina etməsi ilə əlaqədar olaraq ərizəçinin verdiyi şikayəti mahiyyəti üzrə araşdırmaqdan imtina ediblər ki, bu da onun Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi və ailə həyatına hörmət hüququnu pozmuş olub. Avropa Məhkəməsi daxili məhkəmələrin ərizəçinin vəsatətinə mahiyyəti üzrə baxmaqdan imtina etmələri səbəbindən Avropa Konvensiyasının 8-ci maddəsinin pozulduğunu müəyyən etmişdir.
Avropa Məhkəməsi Avropa Konvensiyasının 8-ci maddəsinin tətbiq dairəsini genişləndirməyi və iştirakçı dövlətlərin üzərinə intihar aktına yardım etməyə qoyulmuş qadağanın şəxsi və ailə həyatına hörmət hüququnun pozuntusu olduğu barədə iddiaya mahiyyəti üzrə daxili məhkəmələr tərəfindən baxılmasını tələb edən hüquqi müdafiə vasitəsini təmin etmək kimi prosessual öhdəlik qoymağı məqsədəuyğun hesab etmir (Niklinson və Lemb Birləşmiş Krallığa qarşı (qərardad), § 84).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı