Şriftin ölçüsü :

Saytın rəngi :

#SORĞUYACAVAB - Qızına əzab verən ata şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir

10.05.2022

Mayın 10-u saat 12 radələrində Mingəçevir şəhərində yaşayan 2003-cü il təvəllüdlü A.M-nın atası tərəfindən qanunsuz azadlıqdan məhrum edilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
 Araşdırmalarla 1978-ci il təvəllüdlü N.M-nın psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa  məruz qoyub əzab verməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanmışdır.
N.M şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.