Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 8-i saat 16 radələrində Sumqayıt şəhəri, Novxanı bağlar massivi ərazisində yaşayan 1981-ci il təvəllüdlü İlahə İsgəndərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1971-ci il təvəllüdlü Tofiq Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla İlahə İsgəndərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Tofiq Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı