Şriftin ölçüsü :

Saytın rəngi :

Tanışına xəsarət yetirərək ehtiyatsızlıqdan ölümünə səbəb olan şəxs tutulmuşdur

07.05.2022

Mayın 6-ı saat 12 radələrində Lənkəran rayon sakini 1995-ci il təvəllüdlü Sakit İbrahimzadənin bıçaqla xəsarət yetirilməsi nəticəsində xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı 2000-ci il təvəllüdlü Hüseyn Nəzərli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sakit İbrahimzadənin sol bud nahiyəsinə bıçaqla xəsarət yetirmiş, sonuncu aldığı xəsarətdən aparıldığı xəstəxanada ölmüşdür.
Faktla bağlı Lənkəran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hüseyn Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.