Şriftin ölçüsü :
Saytın rəngi :
Mayın 6-ı saat 03 radələrində Qaradağ rayonu, Salyan şosesində yerləşən sement zavodunun ərazisində həmin zavodda təkərçi-çilingər vəzifəsində işləyən 1990-cı təvəllüdlü Sakit Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, Sakit Abdullayev yük avtomobilinin təkərinə normadan artıq hava təzyiqi vurduğundan partlayış baş vermiş, partlayışın təsirindən təkər diskdən ayrılaraq Sakit Abdullayevin baş nahiyəsinə dəydiyindən sonuncu hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq davam edir.

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı