Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Həyata son qoyulması məsələləri (1)

06.05.2022

Pretti Birləşmiş Krallığa qarşı məhkəmə işində Avropa Məhkəməsi ilkin olaraq bu nəticəyə gəlmişdir ki, şəxsin hansı yolla öləcəyi barədə qərar vermək hüququ Avropa Konvensiyasının 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyatın tərkib elementidir (§ 67). Sonrakı presedent hüququnda isə aydınlıq gətirildi ki, şəxsin öz həyatına hansı yolla və hansı anda son qoyacağı barədə qərar vermək hüququ Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulmuş şəxsi həyata hörmət hüququnun aspektlərindən biridir, bu şərtlə ki, həmin şəxs sərbəst surətdə mühakimə yürütmək və həmin mühakiməsinə uyğun qaydada hərəkət etmək iqtidarında olmalıdır (Haas İsveçrəyə qarşı, § 51). 
Avropa Məhkəməsi müəyyən etmişdir ki, könüllü intihara yardım etmə məsələlərində üzv dövlətlər geniş qiymətləndirmə sərbəstliyinə malikdirlər. Həyat funksiyaları aparatla təmin edilən şəxsin müalicəsinin dayandırılmasına icazə vermək məsələsində Avropa Şurasına üzv olan dövlətlər arasında hazırda konsensus yoxdur (Lamber və başqaları Fransaya qarşı [BP], § 148). Buna icazə verən qanunlarda belə bir tələb yer alır ki, həyata son qoyan dərmanlar yalnız həkimin göstərişi ilə verilməlidir (Haas İsveçrəyə qarşı, § 52). Avropa Məhkəməsi Haas İsveçrəyə qarşı məhkəmə işini Pretti Birləşmiş Krallığa qarşı məhkəmə işindən fərqləndirib. Prettinin işindən fərqli olaraq, Haas İsveçrəyə qarşı məhkəmə işində Məhkəmə qeyd etmişdir ki, ərizəçi təkcə həyatının çətin və ağrılı olduğunu iddia etməyib, həm də qeyd edib ki, sözügedən maddəni almayacağı təqdirdə intiharın özü ləyaqətli ölüm keyfiyyətindən məhrum olacaq. Bundan əlavə, Prettinin işindən fərqli olaraq bu işdə ərizəçi faktiki olaraq taqətdən düşmüş hesab edilə bilməzdi, belə ki, o, öz həyatına özünün son qoymasına mane ola biləcək sağalmaz degenerativ xəstəliyin son mərhələsində deyildi. 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.