Şriftin ölçüsü :
Saytın rəngi :
Azərbaycan Respublikası Baş Prokurorluğunun inzibati binasında “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvlərinin və Baş Prokurorluğun əməkdaşlarının iştirakı ilə “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş” tədbir keçirmişdir.
“Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” İctimai Birliyinin idarə heyətinin üzvlərinin, Baş Prokurorluğun əməkdaşlarının və gənc prokurorluq işçilərinin iştirakı ilə 06 may 2022-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş” tədbir keçirilmişdir.
Tədbirdə veteranlar və prokurorluq əməkdaşları tərəfindən Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 14 iyul 1969-cu ildən başlayaraq respublikaya rəhbərlik etməsi ilə Azərbaycanda yeni bir tarixi dövrün təməlinin qoyulması, onun fəaliyyətinin gələcəkdə müstəqillik əldə edəcək Azərbaycanın öz suverenliyini qoruyub saxlaması üçün həyati vacibliyi, iqtisadi və sosial inkişaf baxımından digər sovet respublikalarından geri qalan Azərbaycan Respublikasının məhz Ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində qısa müddət ərzində regionun və bütün Sovetlər birliyinin lider respublikalarından birinə çevrilməsi, kənd təsərrüfatının, yüngül və ağır sənayenin, təhsilin, idmanın, mədəniyyətin, incəsənətin və ümumilikdə bütün sahələrin inkişafında, sovet dövründə gənc milli kadrların hazırlanmasında Ulu öndərin müstəsna rolu qeyd edilmişdir.
Bundan əlavə, tədbir zamanı yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzbəüz qalmış müasir Azərbaycan dövlətinin məhz Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlməsi ilə xilas olması, dövlət idarəçiliyi və azərbaycançılıq ideyalarının əbədiliyi, gənclər siyasəti, həyat yolu barədə, həmçinin Ulu Öndərin Azərbaycan Prokurorluğunun inkişafında müstəsna rolu barədə gənc prokurorluq əməkdaşlarına məlumat verilmiş, məhz tarixdə ilk dəfə “Prokurorluq haqqında”, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” və prokuroluğun fəaliyyətini tənzimləyən digər qanun və normativ aktların qəbul olunmasının Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanmışdır.
Ulu öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu sahəsində də apardığı siyasətin məntiqi nəticəsi olaraq, 30 ilə yaxın işğal altında olmuş torpaqlarımızın onun ən layiqli davamçısı, Vətən müharibəsinin fatehi Müzəffər Ali Baş Komandan Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin başçılığı ilə işğaldan azad olunması xüsusi vurğulanmışdır.











Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı