Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacların qanunsuz kəsilməsi ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilmişdir

06.05.2022

Şirvan şəhəri, Gülbala Şıxbalaoğlu küçəsi, 4 ünvanında ağacların qanunsuz kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş material üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanmışdır.
Aparılmış istintaqla Şirvan şəhər sakini Zahid Babayevin  müvafiq icazə almadan tamah məqsədilə qeyd edilən ərazidə olan, meşə fonduna daxil olmayan 3 ədəd ağacı qanunsuz kəsməsi nəticəsində təbiətə ümumilikdə 2900 manat məbləğində maddi ziyan dəyməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Zahid Babayev Cinayət Məcəlləsinin 259.1-ci (meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) xeyli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər məhkəməsinə göndərilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.