Şriftin ölçüsü :

Saytın rəngi :

Fəhlənin xəsarət alması faktı ilə bağlı cinayət işi başlanmışdır

29.04.2022

Aprelin 26-ı saat 22 radələrində Şirvan şəhərində yerləşən tikinti materiallarının satışı mağazasında fəhlə işləyən 1984-cü il təvəllüdlü Vüqar Nurəhmədovun xəsarət alması barədə Şirvan şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
 Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, qeyd edilən tarixdə saat təxminən 17 radələrində Vüqar Nurəhmədov yük avtomobilindən taxta materiallarının boşaldılmasına köməklik edərkən boyun nahiyəsinin yükləyicinin tiyəsi ilə taxta arasında qalması nəticəsində “baş-beyinin kəskin qan dövranı pozğunluğu” xəsarəti alaraq xəstəxanaya yerləşdirilmişdir.
 Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmaqla istintaq davam edir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.