Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi barəsində inzibati həbs tənbehi tətbiq edilmişdir

29.04.2022

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən vəzifəli şəxslərin mülkiyyət əleyhinə olan inzibati xətalar sahəsində hüquqpozmaların qarşısının alınması, aşkar edilməsi və araşdırılması sahəsində fəaliyyəti davam etdirilir.
 
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının həkim-mütəxəssisi Natəvan Məmmədovanın həmin Poliklinikada işlədiyi dövr ərzində müayinələrdən keçmiş hərbi qulluqçuların guya qanında şəkər xəstəliyi göstəricilərinin normadan yüksək olmasını bildirib cavabların müsbət yazılması müqabilində müxtəlif vaxtlarda 26 nəfər hərbi qulluqçudan aldatma yolu ilə cinayət məsuliyyətinə səbəb olmayan kiçik məbləğlərdə pul vəsaitini tələb edərək, dələduzluq yolu ilə özgənin əmlakını talamışdır.
 
İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə göndərilmiş, N.Məmmədovanın barəsində 3 ay müddətində inzibati həbs tənbehi tətbiq edilmişdir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.