Şriftin ölçüsü :
Saytın rəngi :
Xəbər verildiyi kimi, hazırda Baş Prokurorluğun təşkilatçılığı ilə Lənkəranda “Müasir dövrün çağırışlarında media ilə dialoq” adlı işgüzar konfrans keçirilir.
Tədbir çərçivəsində media qurumları və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə Lənkəran rayon prokurorluğunun inzibati binasına press-tur təşkil olunub.
İnzibati binanın infrastrukturu barədə məlumatlandırılan press-tur iştirakçıları inzibati binada əməkdaşlar üçün yaradılmış iş şəraiti, habelə kriminalistik avtomobil və avadanlıqlarla tanış olub.
İştirakçılara prokurorluq orqanlarında aşkarlıq və şəffaflığın, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib.
Konfransın detalları barədə ətraflı məlumat veriləcək.






Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı