Şriftin ölçüsü :

Saytın rəngi :

Həmkəndlisini öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulmuşdur

28.04.2022

Aprelin 27-i saat 19 radələrində Cəlilabad rayonu, Qarazəncir kənd sakini, 1988-ci il təvəllüdlü Cəmil Bayramovun yaşadığı kənd ərazisində xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi, 1982-ci il təvəllüdlü Çingiz Bayramovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Cəmil Bayramovun baş və kürək  nahiyələrinə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
Çingiz Bayramov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.