Şriftin ölçüsü :
Saytın rəngi :
Avropa Məhkəməsi işlənmiş şprislərin steril şprislərlə əvəzlənməsi proqramını həbsxanalarda narkotik vasitə istifadəçiləri üçün tətbiq etməmək barədə Birləşmiş Krallığın hakimiyyət orqanlarının qərarından verilmiş şikayətin qəbuledilən olmadığını qərara almışdır (Şelli Birləşmiş Krallığa qarşı (qərardad)). Həmin işdə Avropa Məhkəməsi qərara almışdır ki, Avropa Konvensiyasının 8-ci maddəsi əsasında iştirakçı dövlətin üzərinə hər hansı konkret preventiv sağlamlıq siyasətini həyata keçirmək kimi bir öhdəlik qoyan heç bir qərar yoxdur. O həmçinin müəyyən etmişdir ki, sağalmaz xəstəliyi olan pasiyentlərin qanunla nəzərdə tutulmayan eksperimental narkotik vasitələrdən istifadə etmələrinə icazə verməkdən Bolqarıstanın imtina etməsi Avropa Konvensiyasının 8-ci maddəsinin pozuntusuna səbəb olmayıb (Xristozov və başqaları Bolqarıstana qarşı; Durisotto İtaliyaya qarşı (qərardad)) və pasiyentlərə çətənə tərkibli dərmanların yazılmasını nəzərdə tutan qanunvericiliyə qarşı şikayət ərizəsini rədd etmiş (A.M. və A.K. Macarıstana qarşı (qərardad)), eyni zamanda bu sahədə dövlətin daşıdığı öhdəlikləri də qeyd etmişdir (§§ 46-47).

Xəbərlər gündəlik olaraq sizin e-poçt ünvanınıza göndəriləcək.
492-55-40 492-01-38
Korrupsiya və Rüşvətxorluqla bağlı