Şriftin ölçüsü :

Saytın rəngi :

Əmisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub

27.04.2022

20.04.2022-ci il tarixdə saat 08 radələrində Laçın rayonu, Fingə kənd sakini Əşrəf İsmayılovun almış olduğu xəsarətlər nəticəsində aprelin 26-da xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Aparılmış araşdırmalarla müəyyən edilmişdir ki, zərərçəkmişin qardaşı oğlu Bahadur İsmayılov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı dırmıqla Əşrəf İsmayılovun baş nahiyəsinə xəsarətlər yetirmiş, nəticədə  sonuncu almış olduğu xəsarətlərdən qeyd edilən tarixdə xəstəxanada ölmüşdür.

Faktla bağlı Laçın rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Bahadur İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.