Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşları Qobustan Milli Tarix-Bədii Qoruğunda olub

23.04.2022

Aprelin 23-də Baş Prokurorluq və Qobustan Milli Tarix-Bədii Qoruğunun birgə təşkilatçılığı ilə prokurorluq əməkdaşlarının ziyarəti təşkil edilib. 
Ziyarət zamanı qonaqlara Qobustan abidələri, burada aparılan elmi-tədqiqat işlərinin nəticələri, qoruqda görülən işlər və yeni layihələr barədə məlumatlar verilib.
Bəşər cəmiyyətinin ilkin dövründə yaşayan əcdadlarımızdan xalqımıza miras qalan abidələrlə tanış olan ziyarətçilər Qobustan qayalarındakı insan, heyvan, kollektiv əmək, qayıq, döyüş və ov səhnələrinin təsvirlərinə baxıb.
Açıq səma altında muzey ziyarətçilərin böyük marağına səbəb olub.
Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə fotoşəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.