Şriftin ölçüsü :

Saytın rəngi :

Prokurorluq əməkdaşlarının Muzey Mərkəzinə ziyarəti təşkil edilib

09.04.2022

9 aprel 2022-ci il tarixdə Mədəniyyət Nazirliyinin Muzey Mərkəzində yerləşən Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan İstiqlal Muzeyinə prokurorluq əməkdaşlarının ziyarəti təşkil edilib. 
Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi ilə tanış olan prokurorluq əməkdaşlarına milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәri barədə ətraflı məlumat verilib.
Dövlət Teatr Muzeyində Azərbaycan teatrının ayrı – ayrı inkişaf mərhələlərinin bədii – estetik xarakterini, təbiətini, ruhunu özündə əks etdirən nadir eksponatlar nümayiş etdirilib.
Azərbaycan xalqının müstəqilliyi uğrunda mübarizəsinin qədim dövrlərdən bu günə kimi işıqlandırıldığı İstiqlal Muzeyində ziyarətçilər nadir sənədlər, fotoşəkillər, numizmatik kolleksiyalar, bədii əsərlər və digər əşyalar ilə tanış olub.
Tədbir çərçivəsində Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi tərəfindən qədim musiqi alətləri ansamblının ifasında təşkil edilmiş konsert proqramı qonaqların marağına səbəb olub.
Müsbət təəssüratlarla başa çatan ziyarətin sonunda xatirə fotoşəkli çəkilib.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.