Şriftin ölçüsü :

Saytın rəngi :

#İNSANHÜQUQLARI - Tibbi yardım və müalicə

20.04.2022

Sağlamlığın qorunması hüququ Konvensiya və ya onun Protokolları əsasında təmin edilən hüquqlar arasında yer almasa da, Yüksək Müqavilə Tərəfləri Avropa Konvensiyasının 2-ci maddəsi əsasında daşıdıqları pozitiv öhdəliklərinə paralel olaraq 8-ci maddə əsasında da pozitiv öhdəliklər daşıyırlar. Belə ki, birincisi, onlar həm dövlət xəstəxanaları, həm də özəl xəstəxanalar tərəfindən pasiyentlərin fiziki toxunulmazlıq hüququnun qorunmasına yönələn müvafiq tədbirlərin mütləq qaydada görülməsini nəzərdə tutan hüquqi aktları qəbul etməli və ikincisi, tibb personalının səhlənkarlığından zərər çəkənlərin müvafiq hallarda kompensasiya əldə edə bilməsi üçün müvafiq prosedurlara çıxışını təmin etməlidirlər (Vasileva Bolqarıstana qarşı, § 63). 

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi internet informasiya resursu.
© 2019. Müəllif hüquqları qorunur.